Gündəm 

Maroş Şefçoviç: “Cənub Qaz Dəhlizi” layihəsi Aİ-nın bütün maraqlarına uyğun layihədir”

ARANTV.AZ  xəbər verir ki“Azərbaycan Cənub Qaz Dəhlizinin əsas təchizatçısıdır və bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, ümumilikdə geosiyasi mühit dəyişəcək. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”ə ünvanladığı videomüraciətində bu bəyanatı səsələndirib.

“Avropa İttifaqının strateji layihələri sırasında olan “Cənub Qaz Dəhlizi” qurumun maraqlarına uyğun layihədir. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”ə ünvanladığı videomüraciətində bu bəyanatında onu da bildirib ki, Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı üçün vacib tərəfdaşlardandır. O vurğulayıb ki, Azərbaycan Cənub Qaz Dəhlizinin əsas təchizatçısıdır. Bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatılacaq, ümumilikdə geosiyasi mühit dəyişəcək. Maroş Şefçoviç diqqətə çatdırıb ki,  birgə səylərlə 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olunacaq. “Bu, tarixi hadisə olacaq. Eləcə də, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlə yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq. Cənub Qaz Dəhlizi qitədə enerji səmərəliliyinə öz töhfəsini verəcək” sitatın sonu. 7-ci “Caspian Energy Forum Baku-2018”də 70 ölkənin 1500-dən çox nümayəndəsi iştirak edir. Tədbirin təşkilatçısı “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirdi ki, forumun keçirilməsində məqsəd beynəlxalq enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə, enerji resurslarının işlənməsi və neft-qaz  sektorunda texnologiji yeniliklərlə tanış olmaqdır. Energetika naziri Pərviz Şahbazov isə diqqətə çatdırdı ki, regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi”nə ilkin mərhələdə şübhə ilə yanaşanlar da artıq onun əhəmiyyətini anlayırlar. Layihə çərçivəsində Bolqarıstan və Yunanıstanın təbii qaza olan tələbatının 30-35%-i, İtaliyanın isə ilkin mərhələdə 10%-i təmin olunacaq. Gələcəkdə layihə vasitəsi ilə nəinki Şahdəniz yatağının qazı, həmçinin digər yataqlardan hasil olunan mavi yanacaq da dünya bazarlarına çıxarılacaq.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə Sumqayıtda inşa edlən yeni kimya sənayesi müəssisələrinin  bu sektorda Azərbaycanın hazır məhsul ixracına verəcəyi töhfədən danışdı. Nazir enerji strategiyasında ekoloji sistemin qorunmasının vacibliyini, eləcə də, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə ətraf ölkələrlə birgə dəniz hövzəsinin qorunması proqramı üzərində iş aparıldığını dedi. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini Cəmil Quliyev bərpa olunan  enerji resurslarının işlənməsi barədə məlumat verdi. Bu istiqamətdə 3 pilləli  modeilin yaradıldlığını vurğuladı. SOCAR FUGRO şirkətinin baş direktoru  Fikrət Əliyev, Yeni Texnologiyalar QSC-nin baş direktoru Rafis Muxametşin, ABB şirkətinin icraçı direktoru Rüstəm Qasımov enerji sektorunda texnoloji yeniliklər barədə məlumat verdilər. SOCAR-ın Azneft İstehsalart Birliyi və Azpetrol şirkətinin nümayəndələrinə  “Caspian  AVARD 2018” mükafatları təqdim edildi.

Daha çox xəbərlər