Siyasət 

NATO baş katibinin müavini R.Gotemoller: “Azərbaycan regionda vacib rol oynayır”

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan regionda vacib rol oynayır və NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir”. Bakıda səfərdə olan NATO baş katibinin müavini Rouz Qotemoller belə bir bəyanatla çıxış edib.

“Azərbaycan NATO ilə əməkdaşlıqda çox fəal tərəfdaşdır. NATO baş katibinin müavini Rouz Qotemoller qurumun Avro-Atlantik Tərəfdaşlıq Şurasının qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı Bakıda keçirlən konfransında belə dedi. Təmsil etdiyi təşkilatın terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirdiyini bildirən NATO baş katibinin müavini vurğuladı ki, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına töhfə verir. O, bu il iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünün önəmini də qeyd etdi. “Biz bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir” deyən qonaq Dağlıq  Qarabağ münaqişəsindən də danışdı.

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Qaya Məmmədov isə xatırlatdı ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyona yaxın insan öz doğma yerindən məcburi köçkün düşüb. Onlardan 400 mini qadın, 300 mindən çoxu isə uşaqlardır. Bu barədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verdi. Bildirdi ki, Xocalı soyqırımında 106 qadın və 63 uşaq işgəncələrə məruz qalıb və qətlə yetirilb. Bu gün atşəkəs rejiminin olmasına baxmayaraq Ermənstanın təxribatı nəticəsində 34 uşaq qətlə yetirilib. Onların ən kiçiyi  2 yaşlı Zəhradır.  NATO-nun Avro-Atlantik Tərəfdaşlıq Şurasınun qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı konfransı iki gün davam edəcək.

 

Daha çox xəbərlər