Daha bir deputat koronavirusa yoluxub – Ukraynada
Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sergey Rudik koronavirusa yoluxma faktı ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bundan öncə Ali Radanın deputatları Sergey Şaxov və Ruslan Qorbenko da koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

