Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
Türkiyədə koronavirusla bağlı sosial media hesablarında əsassız və yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Nazir son bir həftə ərzində sosial media hesablarında təxribat xarakterli paylaşımlar edən 748 hesabın aşkarlandığını, onların 65 faizinin terror qrupmaşmalarına aid olduğunun müəyyənləşdirildiyini qeyd edib.
Ölkədə tədbiq olunan qismi karantin rejimi barədə danışan S.Soylu bildirib ki, bu istiqamətdə aparılan araşdırmalar zamanı ölkə qanunlarına uyğun olmayan 211 min 326 iş yeri bağlanıb, 207 iş yeri barəsində isə müvafiq cəza tətbiq olunub.AZƏRTAC

