Dünya 

Ukraynada karantin dövrü aprelin 24-dək uzadılıb

Ukrayna Nazirlər Kabineti koronavirusla bağlı karantin dövrünü uzadıb.

ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabineti bu gün keçirdiyi iclasında Ukraynada karantin dövrünü aprelin 24-dək uzadıb.

“Biz Ukraynada karantin və fövqəladə vəziyyəti daha 30 gün, aprelin 24-dək uzatdıq, ancaq bu müddət yenə də uzadıla bilər”, – deyə Baş Nazir Denis Şmıqal deyib.

Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.AZƏRTAC

Daha çox xəbərlər