Dünya 

İranda güclü zәlzәlә olub

İranın cәnub-şәrqindә yerlәşәn Kirman vilayәtinin Faryab rayonunda 5,4 bal gücündә zәlzәlә baş verib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 11:10-da, 14 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Daha çox xəbərlər