Dünya 

Estoniyada koronavirusa yoluxanların sayı 575 nəfərə çatıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 37 nəfər artaraq 575-ə çatıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 8121 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1010 nəfərin analizinin 37-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 1 ölüm hadisəsi qeydə alınıb.

Daha çox xəbərlər