Dünya 

İranda koronavirusla mübarizəyə 23,8 milyard dollar ayrıldı – YENİLƏNİB

11:25

İranda koronavirusla mübarizə və ayrı-ayrı sahələrin hazırkı durumda fəaliyyət göstərməsi istiqamətində 1 kvadrilyon rial (təxminən 23,8 milyard dollar) vəsait ayrılıb.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, İranın 5 kvadrilyon riallıq (təxminən 119 milyard dollar) büdcəsinin təxminən 20%-i virusla mübarizə ilə əlaqədar ayrılıb.

Ruhani əlavə edib ki, İranın sanksiyalar şəraitində bu addımı atması dünya üçün bəlkə də təəccübləndirici ola bilər.

İran prezidenti bildirib ki, bu vəsait əvəzsiz maliyyə yardımları və kredit olaraq nəzərdə tutulub. Onun 750 trilyon rialı (təxminən 17,8 milyard dollar) 12% faizli kredit olaraq nəzərdə tutulub.

“Ayrılan vəsait vergi, sığorta, kreditlər, kommunal xərclərlə əlaqədar nəzərdə tutulan güzəştlərə aid edilmir”, – deyə o qeyd edib.

Ruhani əlavə edib ki, hazırda İranda koronavirusa yoluxan hər bir şəxsin xərcinin 90%-i dövlət və sığorta tərəfindən ödənilir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (27 mart) İranda 32 332 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 378 nəfərin öldüyünü və 11 133 nəfərin sağaldığını təsdiqləyib.


İran koronavirusla mübarizəyə və iqtisadiyyata dəyən ziyanın aradan qaldırılmasına 23,8 milyard dollar ayıracaq.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbbi Tehranda keçirdiyi brifinqdə deyib. O bildirib ki, sahibkarlara və şirkətlərə 17,87 milyon dallar həcmində güzəştli kredit ayrılacaq ki, onlar fəaliyyətlərini davam etdirsinlər.

Ə.Rəbbi qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait əsasən xəstəxanaların yeni tibbi avadanlıqlarla təchiz olunmasına yönəldiləcək.

İranın “Pishtaz Teb Zaman Diagnostics” şirkətinin rəhbəri Yunis Vahidi koronavirusun müəyyən edilməsi üçün test yaradıb. Bu gün test İranda geniş tətbiq olunur və yoluxan insanlar müəyyən edilir. Artıq 20 ölkədən bu testin alınması haqqında şirkətə sifariş daxil olub. Lakin şirkət İranın ehtiyacını tam ödədikdən sonra testi ixrac etməyə başlayacaq.

BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Batçelet bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları koronavirusla mübarizəyə imkan vermir. Bu da bütün dünya üçün böyük təhlükə törədir. Sanksiyalar İranla yanaşı, virusun Əfqanistan və Pakistana da geniş yayılmasına səbəb olacaq. Çünki bu ölkələrin İran ilə sıx əlaqələri var. Sanksiyalar milyonlarla insanın ölümünə səbəb ola bilər.
ABŞ-ın “The New York Times” və “The Washington Post” qəzetlərinin 27 mart tarixli nömrəsində dərc olunan redaksiya məqalələrində Prezident Donald Trampa müraciət olunub. Müraciətdə İrana qarşı tətbiq olunan sanksiyaların nisbətən yumşaldılması xahiş edilib.

Hər iki qəzetdə dərc olunan məqalələr tərcümə edilərək İran mətbuatında yayımlanıb.

Daha çox xəbərlər