Həbsdə olan ərindən boşanmaq istədi, qayını tərəfindən…-Təfərrüat
Türkiyədə əri həbsxanada olan, tibb bacısı işləyən 2 uşaq anası qayını tərəfindən bıçaqlanıb.
ARANTV.AZ xəbər verir ki, işi ilə bağlı olaraq Qaziantəpdən Antalyaya köçməli olan və həbsxanada olan ərindən boşanma qərarı alan Buket.S qayını tərəfindən bıçaqlanıb.
6 bıçaq zərbəsi alan qadın qonşuları tərəfindən xəstəxanaya aparılıb.
Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümükün olub.
Müalicəsi bitdikdən sonra öldürülməkdən qorxduğu üçün Antalyaya köçüb.
Onu bıçaqlayan qayını isə polislər tərəfindən saxlanılıb.SONXEBER.AZ

