Dünya 

Ukraynada koronovirusdan ölənlərin sayı artmaqda davam edir

Ukraynada koronavirusa yoluxanların sayı 311 nəfərə çatıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Son sutka ərzində paytaxt Kiyevdə 74 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 8 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.AZƏRTAC

Daha çox xəbərlər