Çində sərnişin qatarı relsdən çıxaraq aşıb
Çinin mərkəzi hissəsində yerləşən Xunan əyalətində Tszinan şəhərindən Quançjouya gedən sərnişin qatarı relsdən çıxıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, qatarın bir neçə vaqonu aşıb.
Qəza yerində daha sonra yanğın başlayıb. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

