Dünya 

Son sutkada Qırğızıstanda 26 nəfər koronavirusa yoluxub

Son 24 saat ərzində Qırğızıstanda 26 adam COVID-19 koronavirusuna yoluxub və xəstə sayı 84 nəfərə çatıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Kasımbek Mambetov Bişkekdə keçirdiyi brifinqdə məlumat verıb.

Xatırladırıq ki, koronavirusla əlaqədar martın 25-dən aprelin 15-dək Qırğızıstanın Cəlalabad, Oş vilayətlərində və Bişkek şəhərində fövqəladə vəziyyət elan olunub.

Daha çox xəbərlər