Cəmiyyət 

Sumqayıtda təmir zamanı borunun partlaması evləri su altında qoydu – VİDEO

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində bəzi evləri su basıb.

ARANTV.AZ  xəbər verir ki, ərazi keçilməz vəziyyətə düşüb.

Sakinlər dəfələrlə problemlə bağlı Sumqayıt Su-Kanal İdarəsinə müraciət etsələr də, sözügedən qurum məsələni birdəfəlik həll etməyib. Onların sözlərinə görə, problemin yaranmasına səbəb küçədə təmir zamanı su borusunun zədələnməsidir.

Baku TV

Daha çox xəbərlər