Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır
Ermənistanda son sutka ərzində 92 nəfər koronavirusa yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, koronavirusa yoluxanların sayı 663 nəfərə çatıb.
Hazırda 626 nəfərin müalicəsi davam edir.
Son sutka ərzində 1 yeni ölüm faktı da qeydə alınıb.
Qeyd edək ki, bu günədək ölkədə 4 nəfər virusdan həyatını itirib.

