Rusiyada iki terror aktının qarşısı alındı
Federal Təhlükəsizlik Bürosu Rusiyanın iki regionunda törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, terror aktlarının Stavropol və Xantı-Mansi muxtar dairəsində keçirilməsi planlaşdırılıbmış.
Saxlanılan şəxslərin İŞİD terror təşkilatının üzvləri olduğu bildirilir.

