Region Xəbərləri 

Ağdamda xeyriyyə tədbirləri gündəlik davam etdirilir

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir. Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərilir.

Daha çox xəbərlər