Bu ölkədə məhkumlar koronavirus qurbanları üçün tabut hazırlayır – VİDEO
Ekvadorda məhkumlar koronavirus qurbanları üçün tabut hazırlamağa başlayıblar.
RT bununla bağlı maraqlı kadrlar dərc edib.
Tabut istehsalı ilə bağlı proqram ölkənin Ətraf Mühit və Su Ehtiyatları Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.
Son məlumatlara görə, Ekvadorda 7 529 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə, 597 nəfər sağalıb, 355 nəfər isə həyatını itirib.

