Bakıda hoteldə gecələyən şəxs televizor oğurladı – FOTO
Bakıda oğurluq hadisəsi baş verib.
Hadisə ötən axşam saat 21:00 radələrində Səbail rayonu ərazisində yerləşən “Sahil Inn” hotelində qeydə alınıb. Oğurluq hadisəsi hoteldə gecələyən şəxs tərəfindən törədilib.
ARANTV.AZ xəbər verir ki, zərərçəkmiş şəxsin Trend-ə verdiyi məlumata görə, hoteldə gecələmək üçün qeydiyyat keçən Ərəbov Zaur adlı şəxs, binanın arxa həyətinə baxan pəncərədən qaçıb və özü ilə televizor da aparıb:
“Həmin şəxs hoteldə xanımla qalırdı. Hadisə baş verən axşam qadın qulağında telefon, guya danışırmış kimi hoteldən çıxaraq uzaqlaşıb. Z. Ərəbov isə 21 radələrində hotelin pəncərəsindən tullanaraq qaçıb. Hadisə barədə polisə bildirdik, lakin şəxsin əsl adının Novruzov Atilay olduğu məlum oldu. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

