Siyasət 

Azərbaycan istehsalı silahlar beynəlxalq sərgidə nümayiş ediləcək

Sentyabrın 25-də Bakıda keçiriləcək “ADEX-2018” Müdafiə Sərgisi regionun ən böyük sərgisi olacaq.

ARANTV.AZ-ın məlumatına görə, bunu sərgi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Onun sözlərinə görə, sərgidə 224 şirkət təmsil olunacaq: “Sərgidə 6 ölkədən nazir və qurum rəhbəri, 11 ölkədən şirkət və komitə rəhbəri iştirak edəcək. Sərgidə Azərbaycan istehsalı olan 260-dan artıq hərbi məmulat nümayiş olunacaq”.ölkə.az

Daha çox xəbərlər