“Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət edəcəyik” Siyavuş Novruzov
Milli Məclisdə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsi təklif edilib. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov çıxış edib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir: “Onlar maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik”.

