Maraqlı 

190 manat üçün qeydiyyatdan düzgün keçildiyini necə bilmək olar? – CAVAB

Azərbaycanda koronavirusa görə işsiz qalan aztəminatlı şəxslərə birdəfəlik 190 manat vəsait ödələnilir. Sözügedən vəsaiti alacaq şəxslər öncə işsizlik statusunu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytında keçməlidirlər.

ARANTV.AZ ted.az-a istinadən xəbər verir ki, hazırda vətəndaşları ən çox maraqlandıran məqam isə düzgün qeydiyyatdan keçməklə bağlıdır.

Sual:

Qeydiyyatdan düzgün keçildiyini və müraciətin qəbul olunduğunu necə öyrənmək olar?

Cavab:

Qeydiyyat prosesini təsdiqlədikdən sonra ekranda müraciətinizin qeydə alındığına dair bildiriş qeyd olunubsa, müraciətiniz qeydə alınıb.

Qeydiyyatdan keçmisinizsə, müraciətinizin nəticəsindən asılı olmayaraq təyinat və ya imtina ilə bağlı əks əlaqə vasitəsinə sms bildiriş göndəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.

Daha çox xəbərlər