GUAM-Yaponiya Nazirlər görüşü keçirilib
ARANTV.AZ xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər görüşü keçirilib. Azərbaycanın da təmsil olunduğu iclasın yekununda “GUAM-Yaponiya mətbuat açıqlaması” qəbul edilib. Sənəddə tərəflər beynəlxalq hüququn hamılıqla qəbul edilən norma və prinsiplərini bir daha təsdiq ediblər. Həmçinin GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğulayıblar. Regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilmiş GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyəti qeyd edilib.

