100 rubla görə aptekə basqın etdi
Rusiyanın paytaxtı Moskvada naməlum şəxs tapançaya oxşar əşya ilə aptekə hücum edib.
Bu barədə REN TV Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, cinayəti törədən şəxs əczaçını hədələyərək, 100 rubl (2 manat 28 qəpik) pul oğurlayıb və hadisə yerindən uzaqlaşıb.
Baş verən hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

