Almaniyada koronavirusa yoluxanların sayı 156 mini keçib
Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1144 yoluxma qeydə alınıb, 163 nəfər vəfat edib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, Almaniyada COVID-19-a yoluxanların sayı 156 337 nəfərə çatıb, 5913 nəfər vəfat edib.
Almaniyada 117 min nəfərdən çox şəxs koronavirusdan sağalıb

