Dünya 

Rusiyada qeyri-iş günləri uzadıldı

Rusiyada koronavirus pandemiyasına görə tətbiq olunan qeyri-iş günləri mayın 11-dək uzadılıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlarda pandemiyanın yayılmasına qarşı tədbirlərlə bağlı keçirilən konfransda deyib.

Prezident bildirib ki, görülən profilaktik tədbirlərə ciddi riayət etmək şərtilə qeyri-iş günləri mayın 11-dək uzadılmalıdır: “Qarşıda bir sıra tətillər var. 6-8 may tarixləri iş günləri olsa da bu üç günün əməkhaqqının saxlanması ilə qeyri-iş günü kimi elan edilməsini doğru hesab edirəm. İstirahət günləri və may tətilləri də nəzərə alınmaqla bu tarix mayın 11-dək uzadılacaq”.

Daha çox xəbərlər