Bakıda ana və qızı evdə bıçaqlanıb
Bakının Sabunçu rayonunda iki nəfər bıçaqlanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Anaşkin küçəsində baş verib.
1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı – 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.“APA”

