Dünya 

Bu ölkədə dərslər sentyabrda başlayacaq

Rumıniyada bağçalar, məktəblər və universitetlər sentyabrda açılacaq.

ARANTV.AZ  bildirir ki, AZƏRTAC Rumıniya hökumətinin qərarına istinadən xəbər verir ki, şagirdlər və tələbələr iyunun 12-nə kimi məsafəli təhsil vasitəsilə dərslərini keçəcəklər. Eyni zamanda, bildirilir ki, məktəbi bitirəcək şagirdlərə imtahanlara hazırlaşmaq üçün şərait yaradılacaq. İmtahanlara isə tələbələr tək-tək daxil olacaq, çıxdıqda onların hərarəti ölçüləcək, imtahan otağı dezinfeksiya ediləcək.

Qeyd edək ki, Rumıniyada təhsil ocaqları martın ortasından bağlıdır.

Daha çox xəbərlər