Bakıda 61 yaşlı qadını maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 29-da gecə 23 radələrində paytaxtın Nərimanov rayonu, K.Rəhimov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Azad Əliyev idarə etdiyi “VAZ 2103” markalı avtomobillə yolu keçən piyada 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

