Kriminal avtoritet hakim qarşısına çıxarılır
Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Əli Muğumovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda təyin olunacaq.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbir zamanı Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumov Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tutulub.
Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus bir ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.
Ə.Muğumov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Ə.Muğumovun kriminal dairələrlə əlaqəsinin olduğu məlum olub.Oxu.Az

