Dünya 

Daha bir ölkədə koronavirusdan ilk ölüm halları qeydə alınıb

“Yəməndə koronavirusdan ilk ölüm halları qeydə alınıb, ümumilikdə isə altı şəxsin COVID-19 virusu daşıyıcısı olduğu aşkar edilib”.

Bunu Yəmənin Səhiyyə naziri Naser Baum ölkənin rəsmi telekanalı “Yemen” TV-yə müsahibəsində söyləyib.

Qeyd edək ki, vətəndaş müharibəsi ilə əlaqədar ölkənin yalnız bir hissəsinə nəzarət edən rəsmi qurumların ötən gün verdiyi açıqlamada qeyd olunurdu ki, Yəməndə altı nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Daha çox xəbərlər