Ermənistanda koronavirusa yoluxanların sayı 2 066 nəfərə çatıb
Ermənistanda koronavirusa yoluxanların sayı 2 066 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 134 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 2 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 32 nəfər koronavirusun qurbanı olub, 1103 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

