“Reklam haqqında” qanuna mühüm dəyişiklik – energetik içkilərlə bağlı
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Reklam haqqında” qanuna dəyişikliklər müzakirə olundu. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məlumat verdi.
Layihəyə əsasən, Azərbaycan uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir. Dəyişikliklərə görə, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.
Qanuna təklif edilən dəyişiklik səsverməyə qoyularaq II oxunuşda qəbul edildi.
Musavat.com

