Selfi çəkərkən fəvvarəni sındırdı – VİDEO
Ukraynanın Kiyev vilayətində yerləşən Boyarka şəhərinin sakini çiynində bir uşaqla fəvvarənin üstündə selfi çəkib.
“RİA Novosti” xəbər verir ki, bu zaman o, fəvvarəni sındırıb.
Hadisə müşahidə kameralarına düşüb.
Yerli polisin bildirdiyinə görə, 20 yaşlı qız və bacısı yerli qeydiyyat idarəsinin yaxınlığında olan hovuzun fəvvarəsində selfi çəkməyə çalışan zaman onu sındırıblar.
Zərərin həcmi 37 min qrivna (2 334 AZN) hesablanıb, xuliqanlıq faktı ilə bağlı cinayət işi açılıb.

