Dünya 

8 erməni isə Rusiyada koronavirusa yoluxub

Ermənistanın Rusiyadakı səfirliyinə 5 min nəfərin ərizəsi daxil olub. Ərizələrın sayı əsasən aprelin 18-dən etibarən sürətlə artmağa başlayıb. Martın 22-dən indiyə qədər 8.500 nəfər səfirliyə üz tutub. Onlar Ermənistana dönmək üçün kömək istəyirlər. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan açıqlamasında belə deyib. Yerli “Armenia News – NEWS.am” saytına bununla bağlı xəbər yayıb.

“Martın 20-dən etibarən 1.200 nəfər Ermənistan vətəndaşı Rusiyada hotellə təmin edilib. Hazırda 350 Ermənistan vətəndaşı hotel və yaşayış üçün nəzərdə tutulmuş mərkəzlərdə qalır. Onlar həmçinin ərzaq və zəruri şeylərlə təmin olunub”, mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Ermənistan səfirliyi onlarla Ermənistan vətəndaşı və Rusiya səhiyyə təşkilatları ilə müntəzəm əlaqədədir.

Rusiyada olan 8 nəfər Ermənistan vətəndaşı isə koronavirusa yoluxub. Məlumata görə, onlar evdə müalicə olunurlar. Həmin vətəndaşların maliyyə durumu yaxşı deyil.

məlumatda iddia olunur ki, Ermənistan hökuməti aprel ayında 7 çarter reysi təşkil edib və 1.500 vətəndaşını Rusiyadan Ermənistana qaytarıb. Onlardan 1.300 nəfərinə pulsuz olaraq təyyarə bileti verilib.

Musavat.com

https://news.am/eng/news/576137.htmlşş

Daha çox xəbərlər