Bizim həkim 

“Koronavirusun ikinci dalğası qayıda bilər” — BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA

“Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları azalsa da, təhlükə tam aradan qalxmayıb. Əgər qaydalara riayət etməsək ikici dalğanın geri qayıtma təhlükəsi var”.
Bunu “Ölkə.Az”a açıqlamasında Respublikanın baş infeksionisti, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü Cəlal İsayev karantin rejiminin yumşaldılması ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, karantin rejimi insanlarımızın fəaliyyət dairəsini genişləndirmək üçün yumşaldılır. “Daha bundan istifadə edib qaydaları pozmaq üçün yox. Ona görə də qaydalara əməl emtək şərtdir. Çünki epidemiyaya yoluxma halları hələ də aşkar olunmaqdadır və təhlükə tam aradan qalxmayıb. Tam aradan qalxmış olsaydı, o zaman karantin rejimi ləğv olunardı. Ona görə də insanlar maska taxmalı, gigiyena qaydalarına əməl etməli, bacardıqları qədər insanlarla təmasdan qaçmalıdır. Bu qaydalara əməl olunsa biz qısa zamanda bu təhlükədən yaxa qurtara bilərik”- baş infeksionist bildirib.
C. İsayev onu da bildirib ki, indi məsuliyyət vətəndaşlaırmızın üzərinə düşür: “Əgər qaydalara əməl olunmazsa. ikinci dalğa qayıda bilər. Gərək biz özümüz-özümüzü qoruyaq. Biz özümüzü qorumasaq heç kəs bizi bu epidemiyadan qorumayacaq. Gərək başımız üzərində polis olsun. Polis məcbur etsin ki, sən bunu et, bunu yox…”
Baş infeksionist bildirib ki, insanlarımızda hələ də koronavirus infeksiyasına müəyyən inamsızlıq, fikir verməmək, səhlənkar yanaşma var: “Bütün bunları kənara qoyub məsələyə ciddi yanaşmaq lazımdır”.

Daha çox xəbərlər