Kriminal 

Gəncədə silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb

Gəncə şəhərinin Nizami rayonu ərazisindəki 4 evdən, 1 avtomobildən və 5 həyətdən oğurluq etməkdə şübhəli bilinən T.Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Daha çox xəbərlər