Dünya 

Rusiyada koronavirusa yoluxanların sayı 150 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 10 102 nəfər koronavirusa yoluxub, 95 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 155 370 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 451 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 19 865 nəfər virusdan sağalıb, 134 054 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər