Dünya 

Təbrizdə koronavirusa yoluxan 7 nəfər xəstəxanadan qaçıb

Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçıb.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib.

Onun sözlərinə görə, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq  qaçıb və evlərinə gedib.

“Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, – deyə Novruzi qeyd edib.

Daha çox xəbərlər