Tacikistanda koronavirusa yoluxanların sayı 293-ə yüksəlib
Tacikistanda son sutka ərzində 63 nəfər koronavirusa yoluxub. Ölkə üzrə isə 293 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Bibixonum Darveşzoda aşıqlama verib.
O qeyd edib ki, mayın 5-nə olan son məlumatlara görə, yeni növ virusa yoluxanlardan 5 nəfər ölüb.

