QDİƏT-ə üzv ölkələrin parlament təmsilçiləri müzakirələr aparıblar
ARANTV.AZ xəbər verir ki, Kiyevdə Qaradəniz hövzəsi ölkələrində təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu müzakirə edilib. Qaradənız İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament təmsilçilərinin iştirak etdiyi iclasda iqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi bazanın möhkəmləndirilməsi də prioritetlər sırasında olub. Millət vəkili Əflatun Amaşov Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Ölkəmizdə “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”nın tətbiqi sahəsində əldə olunan nailiyyətlərdən bəhs edən deputat Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən ardıcıl islahatlardan da danişıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlər ixrac potensialını gücləndirməklə yanaşı, Qara Dəniz hövzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına əsaslı təkan verib.

