Gündəm 

Corc Kent: “ABŞ-ın əsas səylərindən biri də enerji dəhlizləri qurmaq olub”

ARANTV.AZ xəbər verir ki, son onillikdə ABŞ-ın əsas səylərindən biri də enerji dəhlizləri qurmaq olub. Buraya Cənub Qaz Dəhlizi layihəsi də daxildir. Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent belə deyib. Bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə töhfə verən ölkələr birgə işin böyük uğurlara gətirib çıxarmasının bariz nümunəsini sübut etdilər. Həm biznes icması, həm də hökumət dairələrində infrastrukturun inkişafına xüsusi maraq var. O, qeyd edib ki, Qafqaz bölgəsində ölkələrin tam potensialını doğrultmaq üçün münaqişələrin həllində və davamlı sülhün bərqərar olmasında Amerika Birləşmiş Ştatları kömək etməyə hazırdır.

Daha çox xəbərlər