Dünya 

Argentinada tibb işçilərini daşıyan təyyarə qəzaya uğradı

Argentinada göyərtəsində tibb işçiləri olan “Learjet 35” təyyarəsi hava limanına enərkən qəzaya uğrayıb.

“RİA Novosti” agentliyi bu barədə yerli KİV-lərə istinadən məlumat yayıb.

Təyyarədə iki tibb işçisi və iki pilot olub.

İlkin açıqlamaya əsasən, qəzaya səbəb ərazidə müşahidə edilən dumanlı hava şəraiti olub.

Daha çox xəbərlər