Sumqayıtda kişi özünü yeddinci mərtəbədən atdı
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə 13-cü mikrorayonda baş verib.
Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı binanın yeddinci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.APA

