Təhsil 

Məleykə Abbaszadədən imtahanlarla bağlı VACİB AÇIQLAMA

“Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydalar əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında bir şagird (abituriyent) əyləşəcək”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, IX sinif buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılır:

“Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. Buraxılış vərəqələri imtahan tarixindən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək”.Oxu.Az

Daha çox xəbərlər