Müəllimlərin NƏZƏRİNƏ!
Müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərq olmayacaq
CƏMİYYƏT7 May 2020 18:16 (UTC+04:00)
Bakı. İlhamə İsabalayeva – Trend:
Pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərqin olması nəzərdə tutulmur.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, hər bir təhsil işçisi əvvəlki əməkhaqqısını alacaq: “Təhsil sistemində çalışan insanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsi Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən əsas vəzifələrdəndir”.

