Sosial 

Siyavuş Novruzov: “Onların nəsil-nəcabəti fərari idi”

“Azərbaycan İkinci Dünya Müharibəsinə iki əsas cəhətlə – təchizat və insan qüvvəsi ilə qoşulub”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, 1992-ci ildə AXC-Müsavat koalisiyası hakimiyyətə gələndə İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlıların üstündən xətt çəkdi:

“9 Mayı ləğv etmək ərazilərimizin işğalının əsasını qoydu. Bizim qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər kəs bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsil-nəcabəti fərari idi”.

Deputat bildirib ki, AXC-Müsavat nümayəndələri özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər.

“O baxımdan da 9 Mayı ləğv edib, vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsində iştirak edənləri… Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı. Bu gün o insanlarımız da bilirlər ki, vətən o insanların arxasındadır”.Oxu.Az

Daha çox xəbərlər