Deputat karantin rejimi ilə bağlı cəzaların sərtləşdirilməsini təklif etdi
“Təəssüf ki, koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə bəzi bölgələrdə məsuliyyətsiz yanaşılır”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, qaydalara əməl etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər.
O təklif edib ki, Cinayət və İnzibati Xətalar Məcəllələrinə karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunsun.
“Biz bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahla məsləhətləşməliyik”, – deyə M.Quliyev vurğulayıb. Oxu.Az

