“Tarqovı”da oturmaq qadağan edilib – FOTOLAR
Bakının mərkəzi Nizami küçəsində olan oturacaqlar lentlənib.
ARANTV.AZ xəbər verir ki, küçəyə giriş qadağan edilməsə də, oturacaqlarda əyləşməyə icazə verilmir.
Bu məqsədlə skamyaların bəzisi lentlənib, digərləri isə bir-birinin üstünə qoyulub.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya bildirilmişdi ki, sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.



“Qafqazinfo”

