Hadisə 

Tovuzda hamilə qadını döydülər – YENİLƏNİB

Tovuzda döyülən hamilə qadın xəstəxanaya yerləşdirilməyib.

Bunu Oxu.Az-a açıqlamasında Tovuz Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov deyib.

Baş həkim qeyd edib ki, hamilə qadına ambulator yardım göstərilib:

“Rayonun Köhnə Qala kənd sakini, 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızının qolunda qızartılar var idi. Həkimlər yardım göstərdi və evə buraxıldı”.

Baş həkim qeyd edib ki, qadın altı aylıq hamilə olub:

“Ola bilsin, kiminləsə əlbəyaxa olub. Bu barədə biz də tam məlumatlı deyilik”.

26 iyun, 23:59

Tovuzda hamilə qadın döyülüb.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Köhnə Qala kənd sakini 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, altı aylıq hamilə qadın qardaşının qaynı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər

Leave a Comment