Qazaxıstanda fövqəladə vəziyyət bu gün sona çatır
Qazaxıstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan fövqəladə vəziyyət bu gün sona çatır.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, buna baxmayaraq, mayın 11-dən paytaxt əvvəlki karantin rejimində davam edəcək.
Qeyd edək ki, Qazaxıstanda fövqəladə vəziyyət bu il martın 16-dan tətbiq olunmuşdu. Prezident Kasım-Jomart Tokayev aprelin 10-da Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının iclasında vilayət və respublika əhəmiyyətli şəhərlərin fövqəladə vəziyyət rejiminin aprel ayının sonuna qədər uzadılmasını elan etmişdi. Daha sonra fövqəladə vəziyyət rejimi mayın 11-dək uzadılmışdı.

